ООО IRIX

Баку
Сферы деятельности

Информационные технологии, системная интеграция, интернет

ООО IRIX

RİX şirkəti ölkənin informasiya texnologiyaları sektorunda 2008-ci ildən etibarən fərdi və korporativ müştərilərə informasiya texnologiyaları sahəsində müxtəlif növ xidmətlər və məhsulların satışını təklif edir. Şirkət fəaliyyətə başladığı dövrdən öz xidmətlərinin sayını və keyfiyyətini artırmağı hədəfləmiş və bir çox şirkətlərlə əməkdaşlıq əlaqələri qurmuşdur. Şirkətimiz informasiya texnologiyaları sferasında fəaliyyəti ərzində müştərilərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirərək özünü etibarlı tərəfdaş kimi sübut etmişdir.

Şirkətimiz müştərilərə informasiya texnologiyaları avadanlıqlarının satışı, texniki dəstəyi, korporativ müştərilərə İT-həllər və veb saytların hazırlanması kimi müxtəlif xidmətlər təklif edir. Qeyd olunan xidmətlər təcrübəli mütəxissislərdən formalaşmış komandamız tərəfindən həyata keçirilir. Komandamız texniki avadanlıqların və proqram təminatının qurulması, informasiya avadanlıqlarının işində yaranan nasazlıqların müəyyən olunması və qısa zamanda aradan qaldırılmasını, gələcəkdə bu növ xətalarla qarşılaşmamaq üçün məsləhətlər verir.

Biz müştərilərə informasiya texnologiyaları sahəsində dünyanın nüfuzlu İntel, Cisco, IBM, Dell, HP, Canon, Sony, LG, Asus və s. kimi şirkətlərin məhsullarını təklif edirik. Müştərilərə təqdim edilən məhsul və xidmətlərə şirkətimiz tərəfindən zəmanət verilir. Biz müştərilərə avadanlıqların satışı ilə yanaşı onların mütəmadi diaqnostikası xidmətlərini təklif edirik. Bu çərçivədə tərəfdaşlarımıza avadanlıqların və informasiya sistemlərinin vəziyyətini daimi nəzarətdə saxlamaqla risklərin aşkar olunması və priventiv tədbirlərin görülməsi, eləcə də yaranmış problemlərin aradan qaldırılması xidmətləri göstərilir.

Şirkətimiz dünyada informasiya texnologiyaları sahəsində gedən dəyişiklikləri daim izləyərək, xidmətlərinin keyfiyyətini və sayını davamlı olaraq artırmaqdadır. Komandamız informasiya texnologiyaları sferasında olan innovativ yenilikləri təhlil etdikdən sonra onları müştərilərin tələbatına uyğun şəkildə təklif edir. Bu isə öz növbəsində müştərilərimizin bizneslərinin effektiv böyüməsi üçün operativ və doğru qərarlar qəbul edilməsinə kömək edəcək həllərə və əlbəttə ki, informasiya sferasının inkişafına təkan vermiş olur.

Hesab edirik ki, elektron satışın inkişaf etdiyi dövrdə müştərilər üçün fəaliyyət göstərən elektron mağaza uğurlu layihələrimizdən biridir. Fərdi və korporativ müştərilər elekton mağazamıza daxil olaraq onları maraqlandıran informasiya texnologiyaları avadanlıqları, hissələri və aksessuarlarıilə tanış ola və sərfəli qiymətlərlə sifariş edə bilərlər.

Biz sizlərə xidmət göstərməkdən qürür duyuruq. Sizin göstərilən xidmətdən məmnun qalmağınız, bizim komandamızın ümumi uğurudur. Bu uğur bizi əsas məqsədimizə bir addım daha yaxınlaşdırır. Bu uğura doğru birgə addımlayaq.


Təşəkkür edirik.

Компания не разместила информацию об открытых вакансиях.