AİR GROUP MMC 

Баку

Вакансии

1 активная вакансия

AİR GROUP MMC 

Biz kimik?

2006-cı ildən fəaliyyət göstərən “AirGroup” MMC şirkəti, əsas etibarilə, təyyarədaxili əyləncə sistemlərinin (Inflight Entertainment) yüksək səviyyədə təmin edilməsi üzrə ixtisaslaşmışdır. Bu yolda gərgin zəhmət nəticəsincə əldə olunan nailiyyətlər və zəngin təcrübə şirkətin daha da inkişaf etməsi üçün geniş üfüqlər açmışdır.

Müasir dövrün tələb və ehtiyaclarına uyğun olaraq “AirGroup” şirkəti dünya üzrə məşhur studiyalar və müxtəlif istehsalçılar ilə davamlı əməkdaşlıq etməkdədir. Şirkət bu istiqamətdə bağlanmış birbaşa müqavilələr sayəsində yenicə işıq üzü görən istənilən kontenti müvafiq şərtlər ilə təmin etmək qabiliyyətinə malikdir.

Sözsüz ki, şirkətin təyyarədaxili əyləncə sistemləri sahəsində fəaliyyəti bununla məhdudlaşmır. “AirGroup” qarşıya qoyulan tapşırıqların həcmindən və xaraterindən asılı olmayaraq hər bir məsələyə özəl yanaşma nümayiş etdirməklə, sistemdaxili mürəkkəb kodlaşdırma işləri, həmçinin, günün nəbzini tutaraq ən müasir təyyarədaxili əyləncə proqram təminatları və lazımi avadanlıqların təmin edilməsi əməliyyatlarını da müvəffəqiyyətlə həyata keçirməkdədir.

Hal-hazırda “AirGroup”, bir çox fəaliyyət sahələrini əhatə edən və müştərilərinə yüksək səviyyədə xidmət göstərən, ən inkişaf etmiş şirkətlər qruplarından biri kimi tanınır. Şirkət çöl reklamı bazarında, hava gəmilərində, habelə, hava limanlarında media reklamların yerləşdirilməsi üzrə geniş surətdə müxtəlifnövlü fəaliyyət aparır. Bundan başqa, göstərilən xidmətlərin əhatə dairəsi, informasiya texnologiyaları, promo və çap məhsulları, habelə, digər xidmətləri özündə cəmləşdirir.

Göstərilən xidmətlərin yüksək keyfiyyətlə təmin edilməsi, həmin sahələr üzrə ixtisaslaşmış və əldə edilən müsbət nəticələr sayəsində şirkətin xidmət məcmusunu zənginləşdirməkdə olan, aparıcı professionallardan ibarət komanda tərəfindən həyata keçirilir. 


Karyera

Dinamik şəkildə inkişaf edən “AirGroup” şirkəti, öz professional bilik və təcrübəsini təkmilləşdirməyə hazır olan və komandada işləməyi bacaran, məqsədyönlü, təşəbbüskar, enerjili və yaradıcı şəxslərin axtarışı və işə cəlb edilməsində maraqlıdır.

“AirGroup” şirkətinin mütəxəssisləri qurumun Azərbaycan ərazisində və onun hüdudlarında apardığı fəaliyyətinin bütün sahələrində öz bilik və bacarıqlarını tətbiq edə bilirlər. Bizim səriştəli komandanın bir hissəsi olmaq istəyən hər kəsi salamlayırıq.

Sizin, “AirGroup” tərəfindən elan edilən vakansiyalar üzrə, ən yaxşı namizəd kimi çıxış etməyə şansınız vardır.

 

Вакансии компании

Вакансии в текущем регионе: Азербайджан1